Diqqət İŞİD-ə yönəldi, Əl Qaidə gücləndi – ABŞ


25.07.2019 11:15
139
Diqqət İŞİD-ə yönəldi, Əl Qaidə gücləndi – ABŞ

Əl Qaidə terror təşkilatı son 5 il ərzində öz potensialını gücləndirib.


Ekspress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls deyib.


“Dünyanın bütün diqqəti son beş il ərzində İŞİD-ə yönəldiyi bir zamanda Əl Qaidə özünün imkanlarını səssiz şəkildə gücləndirib. Onlar özlərini yenidən dünya cihad hərəkatının ideoloji və operativ avanqardı elan etmək istəyirlər. Əl Qaidənin hazırda üzvlərinin sayı 11 Sentyabr teraktı zamanı olanlardan daha çoxdur”, – deyə o bildirib. (axar)


Ekspress.az

Açar sözlər: