İranda çay daşıb, 500 ailə evini tərk edib

19.03.2019 11:25
84
İranda çay daşıb, 500 ailə evini tərk edib

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib.


Bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib.


M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib (trend).

Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.


M.Razcuyan Talar çayının daşması nəticəsində Kiakola şəhəri və 9 kənddə yolların su altında qaldığını deyib.

Qeyd edək ki, Talar çayı İranın Mazandaran vilayətinin mərkəzi rayonlarından olan Simurq rayonundan keçir.

İranın Mazandaran vilayətində çayların daşması 8 rayona – Sari, Miandurud, Səvadkuh, Simurq, Babol, Behşəhr, Gəlugah və Neka rayonlarına ciddi ziyanlar vurub.

İranın 22 vilayəti qar çovğunu və daşqınlarla üzləşib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND