Tibb bacısı faciəvi şəkildə öldü

14.05.2019 13:27
282
Tibb bacısı faciəvi şəkildə öldü

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, "28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub.


Yaralı sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib (ONA). F.Nəzərova orada vəfat edib.


Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND