• 13 °C Bakı
  • 8 °C Quba
  • 11 °C Gəncə
  • 7 °C Yevlax
  • 6 °C Naxçıvan

Bu gün "Fənərbağça" "Zenit"i qəbul edəcək


12.02.2019 10:23
95
Bu gün "Fənərbağça" "Zenit"i qəbul edəcək

Bu gün futbol üzrə Avropa Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start veriləcək.


Ekspress.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk görüşləri iki günü əhatə edəcək.

Birinci oyun Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan "Fənərbağça" ilə Rusiya "Zenit"i arasında olacaq. Bu mövsüm Superliqada istədiyi oyunu sərgiləyə bilməyən İstanbul klubu avrokuboklarda uğur qazanaraq azarkeşlərini sevindirmək niyyətindədir. Premyer Liqada turnir cədvəlinin ilk pilləsində qərarlaşan Sankt-Peturburq təmsilçisi isə cavab matçına sərfəli nəticə ilə yollanmağa çalışacaq. 

Qarşılaşma öncəsi heç bir komandanın heyətində itki yoxdur (report). Cavab oyunu fevralın 21-də keçiriləcək.


Qeyd edək ki, 1/16 final mərhələsinin digər qarşılaşmaları fevralın 14-də olacaq.


Avropa Liqası

1/16 final, ilk oyun

12 fevral

21:55. "Fənərbağça" (Türkiyə) - "Zenit" (Rusiya)

Baş hakim: Ruddi Buke (Fransa)

İstanbuI, "Şükrü Saracoğlu" stadionu.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND