AÇG yatağı üzrə 137,44 milyard dollar gəlir olub

06.12.2018 14:34
36
AÇG yatağı üzrə 137,44 milyard dollar gəlir olub

 

"Azəri-Çıraq-Günəşli" yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 137 milyard 446 milyon ABŞ dolları (01.12.2018 tarixinə) yüksəlib. Ekspress.az-a Azərbaycan Dövlət Neft Fondundan verilən məlumatına əsasən, AÇG yatağından bu ilin 11 ayı ərzində daxil olan gəlir 8,96 milyard dolları təşkil edib.


O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər cari ildə 222 milyon dollar olub.


Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) isə 2,506 milyard dolları (01.12.2018 tarixinə) təşkil edib.

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND