Əmək haqqının yüksək olduğu şəhərlər

20.05.2019 21:30
71
Əmək haqqının yüksək olduğu şəhərlər

Dünyada əmək haqqının ən yüksək olduğu şəhər ABŞ-da yerləşən San-Fransiskodur.


Bunu "Bloomberg" agentliyi "Deutche Bank"ın hazırladığı gündəlik hesabatlar əsasında müəyyən edib. 


Məlumata görə, adı çəkilən şəhərdə orta aylıq əmək haqqı vergilər də daxil olmaqla 6 500 dollardır. 


Reytinq cədvəlində 2-ci yeri İsveçrənin Sürix şəhəri (5 900 dollar), 3-cü yeri isə ABŞ-ın Nyu-York şəhəri (4 600 dollar) qərarlaşıb.


Əmək haqqının yüksək olduğu şəhərlər arasında ABŞ-ın Boston və Çikaqo, Avstraliyanın Melburn və Sidney, Norveçin Oslo, Danimarkanın Kopenhagen, Böyük Britaniyanın London şəhərləri də var (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND