Sumqayıtda insanların səhhətinə mənfi təsir göstərən ağaclar köçürülür - FOTO

24.04.2019 22:05
123
Sumqayıtda insanların səhhətinə mənfi təsir göstərən ağaclar köçürülür - FOTO


Ötən əsrin 70-80-ci illərində Sumqayıtın müxtəlif ərazilərində əkilmiş Cənubi Qafqaz qovağı kimi tanınan “Turanqa” ağaclarının şəhərdən köçürülməsinə başlanılıb.


Buna səbəb həmin ağacların tozlanmasının əksər insanların səhhətində problemlər yaratmasıdır. 

Şəhər sakinləri bununla bağlı aidiyyatı qurumlara müraciət edərək bu ağacların şəhər ərazisindən yığışdırılmasını xahiş ediblər.


Sumqayıt şəhər İcra hakimiyyəti sakinlərin şikayət ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazilriyinə müraciət edib (ONA). Ümumi rəyə əsasən nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində olan allergiyaya səbəb olanc ağaçların çıxarılaraq şəhərdən kənara aparılır. Onların yerinə isə başqa agaclar əkiləcək.


Qeyd edək ki, ağacdan tökülən ağ liflər şəhərin çirklənməsinə də səbəb olur. Bu liflər allergik, xüsusən də asma xəstələrinə çox pis təsir edir. Onlar insanlarda xoşagəlməz xəstəliklərin yaranmasına gətirib çıxarır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND