Bu yollar təmir ediləcək

27.05.2019 16:33
101
Bu yollar təmir ediləcək

Qala-Pirallahı avtomobil yolunda avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bundan başqa 27-28 may tarixlərində (2 gün) saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məmmədəmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrində, həmçinin Azərbaycan prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND