Tayson Fyuriylə Deontey Uaylderin döyüşü sülhlə bitib

06.12.2018 16:16
27
Tayson Fyuriylə Deontey Uaylderin döyüşü sülhlə bitib

Ağır çəkili peşəkar boksçular - sabiq dünya çempionu Tayson Fyuri (Böyük Britaniya) ilə Deontey Uaylder arasında WBC versiyası üzrə keçirilən və bütün dünyanın diqqətini çəkən 12 raundluq döyüş hətta birincinin döyüş ərəfəsində iki dəfə nokdauna düşməsinə rəğmən sülh şəraitində başa çatıb. Döyüşə nəzarət edən hakimlərdən biri qələbəni Uaylderə (115:112), biri Taysona (110:114) versə də, daha biri isə xalları bərabər verib - 113:113. Hər iki boksçu karyerasında ilk dəfə rinqi sülh şəraitində tərk edib.


Buna qədər Uaylder 40, Fyuri isə 27 qələbə qazanmışdı. Elə həmin döyüş vaxtı kubalı super ağır çəkili Luis Ortis Trevis Kaufmanla qarşılaşıb. Döyüş 12-ci raunda Ortisin rəqibi nakauta göndərməsi ilə bitib. Karyerasında cəmi bir dəfə uduzan Ortis bununla 30-cu qələbəsini qeyd edib. Elə həmin ərəfədə baş tutan digər iki döyüşə gəlincə, britaniyalı ağır çəkili Co Coys amerikalı Co Xenks üzərində vaxtından əvvəl qələbə çalıb. WBA və İBF versiyası üzrə dünya çempionu Carret Xerd isə Ceyson Uelbornanı 4-cü raunda nakauta salıb.


Uaylderlə Fyuri arasında keçirilən döyüşdən sonra hər iki boksçu açıqlama verib. «Qızım xəstə idi. Onun müalicəsi üçün mənə pul lazım olduğu üçün boksçu oldum» deyən Uaylder bəlli döyüşdən 12 həftə öncə əlini sındırdığını da dilə gətirib. «Siz həmin döyüşdə əsil Tayson Fyurini gördünüz. Amma mən əlimi sındırdığım üçün maksimum gücümün yarısını göstərə bildim. Bunun günahkarı mən özüməm. Ona görə də özümü suçlandırıram. Təsəvvür edin ki, mən bu döyüşə tam hazır olsaydım necə olardı. Çox heyif ki, döyüşə 12 həftə qalmış əlimi sındırdım. Əlbəttə ki, bunu özümə haqq qazandırmaq üçün demirəm. Hamı görüdü ki, döyüş zamanı mən sağ əlimi çətin işlədirdim. Mənimlə sparrinq edən hər kes bunu təsdiq edə bilər» deyən Uaylder döyüş zamanı Fyurinin nadauna düşməsini və o vəziyyətdən çıxa bilməsini də vurğulayıb: «Bircə Allah bilir ki, Tayson nokdaundan sonra necə çətinliklə qalxdı. Yəqin Allah onu saxladı ki, biz revanş döyüşünə də çıxaq. Mən onu nakauta saldığıma əmin idim. Əvvəlcə ona sağla zərbə vurdum və ardından da solla əlavə etdim. Hamı yaxşı bilir ki, mənim əlim çox ağırdı və güclü zərbə vururam. Zərbədən sonra onun gözlərinin necə axdığı da görsəndi. Elə bildim ki, bu onun sonu oldu. Amma hər şey yaxşı oldu». Uaylder sonda isə Fyuri ilə yenidən döyüşə hazır olduğunu və buna son qomaq istədiyini də açıqlayıb: «Mən onunla yenidən döyüşməyə hazıram. Özdə tez bir zamanda. Əlbəttə ki, onun özü də buna hazır olanda. Azarkeşlər bizim döyüşümüzü yenidən görmək istəyirlər. Bu məsələni bir dəfəlik bitirmək gərəkdir».


«Mən döyüşdən əldə etdiyim 10 milyon dolları nə özümə, nə də uşaqlarıma xərcləməyə hazırlaşmıram. Həmin rulların hamısını kasıblara verəcəm və evsizlərə ev tikdirəcəm. Mən nə milyonçu, nə də miyarder olmaq niyyətində deyiləm. Mən biznesmen deyil, boksçuyam» - bu sözləri isə Tayson Fyuri deyib.

  • SON XƏBƏR
  • TREND