Vladimir Zelenski: "Bizə əmr etmək olmaz"

01.10.2019 11:48
108
Vladimir Zelenski: "Bizə əmr etmək olmaz"

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.


Ekspress.az -ın məlumatına görə,

dövlət başçısı qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları qanun pozuntularını araşdırmağa hazırdır, amma bu, xaricdən olunan xahişlərlə əlaqədar edilməyəcək.


"Bizə əmr etmək olmaz. Biz müstəqil ölkəyik", - deyə Zelenski bildirib. Dövlət başçısı vurğulayıb ki, Ukrayna hakimiyyəti öz ölkəsinə xidmət etmək üçün hər şeyi edir.


Zelenski belə bəyanatla ABŞ-da demokratların guya Donald Trampın Ukrayna prezidentinə təzyiq göstərməsi ittihamları ilə bağlı yaranmış qalmaqal fonunda çıxış edib.


Demokrat Partiyası iddia edir ki, guya Tramp Zelenskiyə 2020-ci ilin prezident seçkilərində onun əsas rəqibi, keçmiş vitse-prezident Co Baydenə qarşı araşdırmanı yeniləməyi xahiş edib. (report)


Ekspress.az

Açar sözlər: