İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentinə təbrik məktubu göndərib

25.03.2019 11:37
57
İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib. 


Ekspress.az xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident,


Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.


Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.


Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND