Sabah Qəbələdə 3 ölkənin Müdafiə nazirlərinin görüşü keçiriləcək


11.06.2019 10:15
125
Sabah Qəbələdə 3 ölkənin Müdafiə nazirlərinin görüşü keçiriləcək

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.


Bu barədə Ekspress.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND