İspaniyada erməni dəstəsi tutuldu - Danışılmış oyunları təşkil edirlərmiş

10.01.2019 18:18
97
İspaniyada erməni dəstəsi tutuldu - Danışılmış oyunları təşkil edirlərmiş

İspaniyada ermənilərin də daxil olduğu danışılmış tennis oyunlarının təşkili ilə məşğul olan dəstə zərərsizləşdirilib, 15 nəfər saxlanılıb. 


Azvision.az xəbər verir ki, bu barədə İspaniya Mülki Qvardiyası məlumat yayıb. Bildirilib ki, hazırda 68 nəfər barəsində araşdırma aparılır. Onlardan 28-i peşəkar idmançıdır. Danışılmış oyunlar əsasən “ITF Futures” və “Challenger” qruplarında oynayan tennisçilər tərəfindən reallaşdırılıb. Belə ki, onlar oyunların nəticəsi barədə əvvəlcədən razılığa gəliblər. 


Dəstənin ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunub. Ehtimal edilir ki, bu müddət ərzində onlar milyonlarla avro gəlir əldə edib. Mülki Qvardiya əməliyyatı ötən ilin oktyabr ayında keçirsə də, onun təfərrüatları barədə yalnız indi məlumat verilib. 


Axtarışlar İspaniyanın doqquz əyalətində aparılıb, 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik məmulatları aşkar edilib. 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND