Tramp və Si Tszinpin arasındakı görüş martda keçirilə bilər

11.02.2019 11:06
145
Tramp və Si Tszinpin arasındakı görüş martda keçirilə bilər

ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Tszinpin arasındakı növbəti görüş Floridadaki "Mar-a-Lago" iqamətgahıənda keçirilə bilər.


Ekspress.az xəbər verir ki, bu barədə "Axios" məlumat verib.

Mənbələrin məlumatına görə, görüş mart ayına təyin oluna bilər. Eyni zamanda qeyd olunub ki, digər variantlar, o cümlədən görüşün Pekində keçirilməsi ehtimalı da nəzərdən keçirilir.


Bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib (report). Daha əvvəl Tramp Si Tszinpin ilə ticarət razılaşmasıyla əlaqədar görüşün hələ təyin olunmadığını söyləyib. 


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND