Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi başlayır


29.05.2019 09:54
202
Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi başlayır

Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi başlayır.


Ekspress.az xəbər verir ki, sərgi iyunun 1-də yekunlaşacaq.


Bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi” iyirmi beş illiyini qeyd edir. İlk “Caspian Oil and Gas” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutub. O vaxt Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır.

Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Xəzər Neft və Qaz” sərgisinə dəstək göstərirlər.


Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir.


Bu il sərgidə ABŞ-ı, Almaniyanı, Böyük Britaniyanı, Fransanı, İtaliyanı, MDB ölkələrini, Türkiyəni və digər ölkələri təmsil edən 250-dən artıq şirkətin iştirak edir (report). Bu şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. İlk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.


İştirakçıların 55%-ni Xəzər Neft və Qaz sərgisinin daimi iştirakçıları təşkil edir.


Ekspress.az

Açar sözlər: