Marneulidə seçkilərdə kütləvi pozuntular var - Azərbaycanlı namizəd

19.05.2019 16:52
98
Marneulidə seçkilərdə kütləvi pozuntular var - Azərbaycanlı namizəd

“Marneuli rayonunda seçkilərdə kütləvi pozuntulara yol verilir”.


Bunu müxalif Vahid Milli Hərəkat Partiyasından Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Aqil Mustafayev jurnalistlərə deyib.


Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri seçicilərin səslərini pulla satın almağa cəhd edirlər.


“Bu seçkilər son illər Gürcüstanda ən çox qanun pozuntularına yol verilən seçkilərdir”.


A.Mustafayev qeyd edib ki, hakim partiya üzvləri seçkilərdə saxtakarlıqlara şərait yaratsalar da, onlar məqsədlərinə nail olmayacaqlar (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND