Prezident torpaq sürüşməsi ilə bağlı Astara icra hakimiyyəyinə pul ayırıb

03.06.2019 18:01
112
Prezident torpaq sürüşməsi ilə bağlı Astara icra hakimiyyəyinə pul ayırıb

Prezident İlham Əliyev iyunun 3-də “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” Sərəncam imzalayıb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamla Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND