2019-cu il dövlət büdcəsi qəbul edildi

30.11.2018 12:16
99
2019-cu il dövlət büdcəsi qəbul edildi

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2019-cu il dövlət büdcəsi Azərbaycan dövlətinin maraqlarına tam cavab verir: "Dövlət büdcəsi iqtisadi islahatların həyata keçirilməsinə və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək".


Səmədzadə bildirib ki, ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsinin xərcləri 410 milyon manat artırılıb.


Dövlət büdcəsi səsə qoyularaq qəbul edilib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND