Abşeron rayonu və Sumqayıt şəhərində internet təchizatı bərpa oldu

28.02.2019 15:19
181
Abşeron rayonu və Sumqayıt şəhərində internet təchizatı bərpa oldu

Abşeron rayonunun və Sumqayıt şəhərinin internetlə təchizatında yaranmış problem aradan qaldırılıb.


Ekspress.az -ın məlumatına görə, hazırda hər iki bölgəyə normal internet verilir.

Xatırladaq ki, internetin kəsilməsinə səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsi olub. 18 saatlıq axtarışdan sonra kabelin zədələndiyi yer bu gün saat 10:00-da müəyyən edilib.


Qeyd edək ki, zədələnmə kabelin altından keçdiyi avtomobil yolunda qazıntı işləri aparılarkən baş verib. Bununla belə, havanın yağışlı, ərazinin palçıq olması təmir-bərpa işlərinin müddətini bir neçə saat uzadıb. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND