Bal­tik­ya­nı öl­kə­lər­də di­as­por fəa­liy­yə­ti

27.09.2018 18:14
463
Bal­tik­ya­nı öl­kə­lər­də di­as­por fəa­liy­yə­ti

Azər­bay­can­lı­la­rın di­as­por təş­ki­lat­la­rı ya­rat­dı­ğı öl­kə­lər ara­sın­da Bal­tik­ya­nı öl­kə­lər də var. Bu öl­kə­lər­də soy­daş­la­rı­mız di­as­por fəa­liy­yə­ti­ni ge­niş­lən­dir­mək­də­dir.


Bal­tik­ya­nı öl­kə­lər de­dik­də 3 öl­kə - Lat­vi­ya, Lit­va və Es­to­ni­ya nə­zər­də tu­tu­lur. Adı­çə­ki­lən öl­kə­lər is­tər əra­zi bö­yük­lü­yü­nə, is­tər əha­li­si­nin sa­yı və iq­ti­sa­di im­kan­la­rı­na gö­rə dün­ya­nın önəm­li öl­kə­lə­rin­dən he­sab edil­mir. Bi­zim üçün bu öl­kə­lər­də fəa­liy­yə­tin əhə­miy­yə­ti adı­çə­ki­lən 3 döv­lə­tin Av­ro­pa İt­ti­fa­qı­nın və NA­TO-nun tam hü­quq­lu üz­vü ol­ma­sı­dır. Bal­tik­ya­nı öl­kə­lər­də di­as­por fəa­liy­yə­ti­nin təş­ki­li, hə­min öl­kə­lər­də­ki ha­ki­miy­yət­lər­lə mü­na­si­bət­lə­rin yax­şı­laş­dı­rıl­ma­sı do­la­yı­sı ilə Av­ro­pa Bir­li­yi və NA­TO təş­ki­lat­la­rı ilə mü­na­si­bət­lə­rə tə­sir gös­tə­rir. Bu ba­xım­dan Bal­tik­ya­nı öl­kə­lər­də di­as­por fəa­liy­yə­ti əhə­miy­yət­li­dir.


Mə­lu­mat üçün bil­di­rək ki, Bal­tik­ya­nı öl­kə­lə­rin ümu­mi əra­zi­si 174,8 min kv. km., əha­li­si 6,45 mil­yon nə­fər­dir.


Lit­va­nın əra­zi­si 65 min kv. km., əha­li­si 3 mil­yon nə­fər­dir. 2004-cü il­dən Av­ro­pa İt­ti­fa­qı­nın və NA­TO-nun, 2018-ci ilin ma­yın­dan iq­ti­sa­di əmək­daş­lıq və in­ki­şaf təş­ki­la­tı­na üzv­dür. Av­ro­zo­na­nın Şen­gen zo­na­sı­na qo­şu­lub.

2017-ci il­də 41,3 mil­yard dol­lar­lıq ÜDM is­teh­sa­lı­na sa­hib­dir.


Lat­vi­ya 2,16 mil­yon nə­fər əha­li­yə, 64,5 min kvad­rat ki­lo­metr əra­zi­yə sa­hib­dir. Məh­sul is­teh­sa­lı 30,175 mil­yard dol­lar­dır. 2004-cü il­dən NA­TO və Av­ro­pa it­ti­fa­tı­nın üz­vü­dür. 


Es­to­ni­ya sa­hə­si 45 min kv km, əha­li­si 1,28 mil­yon nə­fər, ÜDM is­teh­sa­lı 30,8 mil­yard dol­lar­dır.

Gö­rün­dü­yü ki­mi, Bal­tik­ya­nı öl­kə­lər nə dün­ya iq­ti­sa­diy­ya­tın­da, nə də əha­li kon­tin­gen­tin­də bö­yük pa­ya sa­hib de­yil­lər. Bir da­ha qeyd edək ki, on­la­rın Av­ro­pa İt­ti­fa­qı­na və NA­TO-ya üzv ol­ma­la­rı on­la­rın əhə­miy­yə­ti­ni ar­tı­ran əsas amil­dir.


Azər­bay­can­lı­la­rın Es­to­ni­ya­ya nə za­man gəl­di­yi ba­rə­də də­qiq mə­lu­mat yox­dur. Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən, hə­lə XIX əs­rin son­la­rın­da Es­to­ni­ya ki­tab­xa­na­la­rı və ma­hal mü­əs­si­sə­lə­rin­də Azər­bay­ca­nın ta­nın­mış şa­ir və ədib­lə­rin­dən Mir­zə Şə­fi Va­zeh, Mol­la Pə­nah Va­qif və Mir­zə Fə­tə­li Axun­do­vun al­man dil­lə­ri­nə tər­cu­mə edi­lən ki­tab­la­rı ba­rə­də mə­lu­mat ve­ri­lir.

1851-ci il­dən eti­ba­rən Yu­xan Kiyv, Qus­tav Vulf və An­na Ha­ov da­hi Va­ze­hin əsər­lə­ri­ni al­man di­lin­dən es­ton di­li­nə tər­cü­mə edib­lər. 1978-ci il­də Mol­la Pə­nah Va­qi­fin ta­nın­mış es­ton ya­zı­çı­sı F.R.Kreys­vald tə­rə­fin­dən es­ton di­li­nə tər­cü­mə olu­nan mü­xəm­məs­lə­ri "Ska­la" qə­ze­tin­də dərc olu­nub. Azər­bay­can ədə­biy­ya­tı­na ar­tan ma­raq bu dövr­də Es­to­ni­ya­nın bö­yük uni­ver­si­tet­lə­rin­dən bi­ri olan Tar­tu Uni­ver­si­te­tin­də təh­sil alan soy­daş­la­rı­mız tə­rə­fin­dən Azər­bay­can Tə­lə­bə­lə­ri Bir­li­yi­nin ya­ra­dıl­ma­sı ilə nə­ti­cə­lə­nir. Bir­li­yin əsas işi ədə­biy­yat klu­bun­da Azər­bay­can da­hi­lə­ri­nin əsər­lə­ri­ni es­ton di­li­nə tər­cü­mə edə­rək yay­maq idi.


XX əs­rin əv­vəl­lə­rin­də tə­sis olu­nan "Ba­kı Es­ton Cə­miy­yə­ti"nin əsas məq­sə­di məhz Azər­bay­can ədə­biy­ya­tı­nı təb­liğ et­mək­dən iba­rət olub.

1991-ci il Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız­dan Es­to­ni­ya­da ya­şa­yan­lar qı­sa za­man ər­zin­də fə­al di­as­por for­ma­laş­dı­ra­raq, ət­ra­fın­da bu­ra­da ya­şa­yan­la­rı top­la­ya bi­lib­lər. Es­to­ni­ya azər­bay­can­lı­la­rı əsa­sən ti­ca­rət­lə məş­ğul olur­lar. La­kin bu­ra­da zi­ya­lı tə­bə­qə­si də az­lıq təş­kil et­mir. Əsa­sən, Tar­tu, Tal­lin, Nar­va şə­hər­lə­rin­də məs­kun­la­şan azər­bay­can­lı­la­rın ic­ti­mai fəa­liy­yə­ti diq­qə­tə­la­yiq­dir. Hü­quq, ədə­biy­yat, tex­ni­ka, ti­ca­rət və di­gər sa­hə­lər üz­rə ça­lı­şan azər­bay­can­lı­lar içə­ri­sin­də döv­lət və­zi­fə­lə­rin­də ça­lı­şan­lar da var. Təq­ri­bi sa­yı iki mi­nə qə­dər olan azər­bay­can­lı­lar Es­to­ni­ya­nın ic­ti­mai, iq­ti­sa­di, si­ya­si, mə­də­ni hə­ya­tın­da mü­hum rol oy­na­yır. Es­ton döv­lət və ic­ti­mai xa­dim­lə­ri­lə is­ti mü­na­si­bət­lə­ri olan soy­daş­la­rı­mız bu öl­kə­yə gə­lən hər bir azər­bay­can­lı­ya kö­mək əli­ni se­və-se­və uza­dır.


Es­to­ni­ya­da ana di­li qo­ru­nur. Azər­bay­can­lı uşaq­lar es­ton və in­gi­lis di­lin­də təd­ris alır­lar ki, bu da on­la­rın gə­lə­cək­də ha­ki­miy­yət or­qan­la­rın­da təm­sil olun­ma­sı­na şə­ra­it ya­ra­dır. Ar­tıq Es­to­ni­ya­da Azər­bay­can mək­təb­lə­ri fəa­liy­yət gös­tə­rir. Azər­bay­can­lı El­dar Əfən­di­yev par­la­men­tin üz­vü­dür. O, ey­ni za­man­da, Azər­bay­can-Es­to­ni­ya-Tür­ki­yə qru­pu­nun da rəh­bə­ri­dir.

2004-cu il de­kab­rın 15-də Es­to­ni­ya hö­ku­mə­ti­nin qə­ra­rı ilə Tal­lin şə­hə­rin­də aka­de­mik Zə­ri­fə Əli­ye­va adı­na Şərq Mə­də­niy­yə­ti Xalq Uni­ver­si­te­ti tə­sis olu­nub. Uni­ver­si­tet Tal­lin­də fəa­liy­yət gös­tə­rən bir çox as­so­sia­si­ya­la­rın tə­şəb­bü­sü ilə ya­ra­dı­lıb. Təh­sil oca­ğı­nın fəa­liy­yə­ti­nin bir qis­mi­ni Es­to­ni­ya hö­ku­mə­ti ma­liy­yə­ləş­di­rə­cək. Uni­ver­si­te­tin əsas və­zi­fə­lə­ri Es­to­ni­ya­da ya­şa­yan bü­tün xalq­la­rı türk­dil­li və Qaf­qaz xalq­la­rı­nın mə­də­niy­yə­ti, di­li və ta­ri­xi ilə ta­nış et­mək, müx­tə­lif mil­lət­lər ara­sın­da to­le­rant mul­ti­mə­də­ni əla­qə­lər for­ma­laş­dır­maq, turk­dil­li və Qaf­qaz xalq­la­rı­nı Es­to­ni­ya­nın mə­də­niy­yə­ti və ta­ri­xi ilə ta­nış et­mək, bu xalq­la­rın yer­li cə­miy­yə­tə in­teq­ra­si­ya­sı­na na­il ol­maq­dır. Təh­sil oca­ğın­da il­kin ola­raq fi­lo­lo­gi­ya, ta­rix, mə­də­niy­yət­şu­nas­lıq, iq­ti­sa­diy­yat və hü­quq fa­kül­tə­lə­ri­nin açıl­ma­sı nə­zər­də tu­tu­lur.


Es­to­ni­ya­da Azər­bay­can di­as­po­ru­na məx­sus bir sı­ra ic­ti­mai təş­ki­lat­lar və küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri var. Es­to­ni­ya­da fəa­liy­yət gös­tə­rən "Ba­kı klu­bu" iki dov­lət və xalq ara­sın­da əla­qə­lə­rin möh­kəm­lən­mə­si­nə tə­kan ve­rir. Soy­daş­la­rı­mı­zın in­for­ma­si­ya təb­li­ğa­tı işi də fə­al sa­yı­la bi­lər. www.az.ee, www.aze­ri.ee, www.irs.ee, www.is­lam.pri.ee, www.fi­dan.ee sayt­la­rı­nı ya­ra­dan azər­bay­can­lı­lar döv­lə­ti­miz və di­as­por işi haq­qın­da ət­raf­lı mə­lu­mat­la­rı yer­li ic­ti­ma­iy­yə­tə təq­dim edir­lər.


Təx­mi­nən 2 mi­nə ya­xın azər­bay­can­lı­nın məs­kun­laş­dı­ğı Lat­vi­ya­ya soy­daş­la­rı­mız əsa­sən So­vet­lər Bir­li­yi döv­rün­də kö­çüb­lər. II dün­ya mü­ha­ri­bə­sin­dən son­ra elm, təh­sil, so­si­al-iq­ti­sa­di sə­bəb­lər­lə Lat­vi­ya­ya yüz­lər­lə azər­bay­can­lı miq­ra­si­ya edib­lər. 1991-ci il­də So­vet­lər Bir­li­yi­nin da­ğıl­ma­sı Lat­vi­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zın di­as­por hə­rə­ka­tın­da fə­al iş­ti­ra­kı­na zə­min ya­rat­dı.


Lat­vi­ya­da ya­şa­yan soy­daş­la­rı­mız mil­li-mə­də­ni təd­bir­lər­də bir ye­rə top­la­şır, im­kan­la­rı da­xi­lin­də Və­tə­nə kö­mək və dəs­tək ver­mə­yin yol­la­rı­nı mü­za­ki­rə edir­lər. İlk za­man­lar Lat­vi­ya rəs­mi­lə­ri­nin Azər­bay­can di­as­po­ru­na bi­ga­nə­li­yi mü­şa­hi­də olu­nur­du­sa, son bir ne­çə il­də bu ten­den­si­ya müs­bət is­ti­qa­mə­tə də­yiş­mək­də­dir. Lat­vi­ya küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də Azər­bay­can və azər­bay­can­lı­lar ba­rə­də mə­lu­mat­la­rın ya­yım­lan­ma­sı ənə­nə­vi xa­rak­ter al­ma­ğa baş­la­yıb.

Ön­cə­dən Lat­vi­ya Res­pub­li­ka­sın­da soy­daş­la­rı­mı­zı öz sı­ra­la­rın­da bir­ləş­di­rən "Azə­ri" cə­miy­yə­ti fəa­liy­yət gös­tə­rib. Lat­vi­ya azər­bay­can­lı­la­rı­nın "Azə­ri" Cə­miy­yə­ti ya­ran­dı­ğı gün­dən onun məq­sə­di bu öl­kə­də ya­şa­yan həm­və­tən­lə­ri­mi­zin va­hid qüv­və ki­mi bir­ləş­dir­mək, Azər­bay­can ba­rə­də hə­qi­qət­lə­rin, əl­də olu­nan nai­liy­yət­lə­rin, er­mə­ni tə­ca­vü­zü­nün acı­na­caq­lı nə­ti­cə­lə­ri­nin Lat­vi­ya si­ya­si və ic­ti­mai dai­rə­lə­ri­nin diq­qə­ti­nə çat­dır­maq və iki öl­kə ara­sın­da­kı əla­qə­lər­də kör­pü ro­lun­da iş­ti­rak et­mək olub.


Lat­vi­ya­da möv­cud di­gər di­as­por cə­miy­yə­ti Lat­vi­ya Azər­bay­can­lı­la­rı­nın "Ocaq" Mə­də­niy­yət Mər­kə­zi­dir.

Lat­vi­ya Azər­bay­can­lı­la­rı­nın "Ocaq" Mə­də­niy­yət Mər­kə­zi Sə­fir­li­yin tə­şəb­bü­sü və dəs­tə­yi ilə 2007-ci ilin əv­vəl­lə­rin­dən eti­ba­rən fəa­liy­yə­tə baş­la­yıb.

Ri­qa Klas­sik Gim­na­zi­ya­sı­nın di­rek­to­ru, soy­da­şı­mız Ro­man Əli­yev 2007-ci ilin yan­var ayın­da səs çox­lu­ğu ilə Lat­vi­ya Res­pub­li­ka­sı­nın Təh­sil Na­zi­ri ya­nın­da­kı Məş­və­rət Şu­ra­sı­nın səd­ri se­çi­lib və ey­ni za­man­da, Lat­vi­ya Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Mil­li Az­lıq­lar üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın Səd­ri­dir.


XX əsr ha­di­sə­lə­ri­nə mü­ra­ci­ət et­məz­dən qa­baq vur­ğu­la­maq la­zım­dır ki, əs­lin­də döv­lət­lə­ra­ra­sı əla­qə­lə­ri­mi­zin ta­ri­xi on il­lər­lə yox, yüz il­lər­lə he­sab­lan­ma­lı­dır. Be­lə ki, hə­min əla­qə­lə­rin kök­lə­ri XV əs­rə ge­dib çı­xır. Ağ­qo­yun­lu və Sə­fə­vi döv­lət­lə­ri XV əs­rin ikin­ci ya­rı­sı və XVII əs­rin əv­vəl­lə­rin­də bir çox Av­ro­pa öl­kə­lə­ri ilə, o cüm­lə­dən Bö­yük Lit­va Knyaz­lı­ğı ilə ge­niş əla­qə­lər ya­rat­mış­dı­lar. Bu əla­qə­lər hər iki tə­rəf üçün qar­şı­lıq­lı si­ya­si və iq­ti­sa­di əhə­miy­yə­tə ma­lik idi. Ağ­qo­yun­lu döv­lə­ti­nin ba­ni­si Uzun Hə­sə­nin (1423-1478) Tax­tı­nın ya­nın­da Os­man­lı im­pe­ri­ya­sı, Ve­ne­si­ya Res­pub­li­ka­sı, Bö­yük Mosk­va Knyaz­lı­ğı, Qı­zıl Or­da, Ro­ma Pa­pa­lı­ğı, Avs­tri­ya, Ma­ca­rıs­tan, Çe­xi­ya, Al­ma­ni­ya, Bur­qun­di­ya, Nea­po­li­tan Kral­lı­ğı, Ro­dos, Kipr, Mi­sir, Hin­dis­tan, Qa­ra­man bəy­li­yi sə­fir­lə­ri ilə bə­ra­bər Bö­yük Lit­va Knyaz­lı­ğı­nın (1236-1569) nü­ma­yən­də­si də dip­lo­ma­tik fəa­liy­yət gös­tə­rib­dir. Ta­rix elm­lə­ri dok­to­ru, pro­fes­sor Ya­qub Mah­mu­do­vun (1939) bu sa­hə­də apar­dı­ğı el­mi araş­dır­ma­lar və ümu­mi­ləş­dir­mə­lər mü­əl­li­fin Ba­kı­da çap­dan cıx­mış əsər­lə­rin­də öz ye­ri­ni ta­pıb­dır.


Gör­kəm­li şərq­şü­nas alim, ta­rix elm­lə­ri dok­to­ru Sa­ra xa­nım Aşur­bəy­li (1906-2001) isə or­ta əsr­lər Qərb-Şərq iq­ti­sa­di və mə­də­ni əla­qə­lə­rin­dən ya­zar­kən, Bö­yük Lit­va Knyaz­lı­ğı tor­paq­la­rın­da, həm­çi­nin Bö­yük Lit­va Knyaz­lı­ğı ilə Pol­şa Kral­lı­ğı ara­sın­da 1569- cu ilin iyul ayın­da im­za­lan­mış Lyub­lin uni­ya­sı­na əsa­sən ya­ra­dıl­mış Rec Pos­po­li­ta (1569-1795) fe­de­ra­tiv döv­lə­ti əra­zi­lə­rin­də tə­sis edil­miş Ye­zu­it­lər or­de­ni­nin (İu­sus cə­miy­yə­ti) (1540) Azər­bay­can­da fəa­liy­yə­ti­nə to­xun­muş­dur. Türk xalq­la­rı ara­sın­da Ciz­vit­lər, İsa Pey­ğəm­bər tə­ri­qət­çi­lə­ri və ya­xud "İsa­nın əs­gər­lə­ri" adı ilə ta­nı­nan Ro­ma-ka­to­lik kil­sə­si­nin bu ki­şi ru­ha­ni or­de­ni­nin


Lit­va-Pol­şa mü­vək­kil­li­yi XVII əs­rin 80-ci il­lə­rin­də Gən­cə­də özü­nün ikin­ci də­rə­cə­li dip­lo­ma­tik nü­ma­yən­də­li­yi­ni aç­mış­dı. Bir çox öl­kə­lər­də nü­ma­yən­də­lik­lər tə­sis et­miş Ye­zu­it­lər "Ad ma­co­rem Dei glo­ri­am" ("Al­la­hın­şə­rə­fi­nə") de­vi­zi al­tın­da ça­lı­şır­dı­lar. Odur ki,Lit­va di­ni nü­ma­yən­də­lə­ri rəs­mi əla­qə­lər çər­ci­və­sin­də Gən­cə ilə ya­na­şı Şa­ma­xı, Ba­kı və Nax­çı­van­da­da elm, təh­sil və mis­sio­ner fəa­liy­yə­ti ilə məş­ğul olub­lar. Lit­va­da 1500 nə­fər­dən cox azər­bay­can­lı ya­şa­yır. Soy­daş­la­rı­mı­zın bu öl­kə­yə miq­ra­si­ya­sı II dün­ya mü­ha­ri­bə­sin­dən son­ra baş­la­yıb. Lit­va­nın Kau­nas, Vil­nus baş­da ol­maq­la, mux­tə­lif şə­hər və ra­yon­la­rın­da məs­kun­la­şan azər­bay­can­lı­lar əsa­sən ti­ca­ri sa­hə­də ça­lı­şır­lar. Bu­na bax­ma­ya­raq, döv­lət or­qan­la­rın­da da azər­bay­can­lı­la­ra rast gəl­mək olar. Lit­va azər­bay­can­lı­la­rı Azər­bay­ca­nın təb­li­ği, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si, Xo­ca­lı soy­qı­rı­mı ba­rə­də hə­qi­qət­lə­rin bu öl­kə­nin ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də fə­al iş apar­maq­da­dır­lar.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND