Azərbaycan cüdoçusu II Avropa Oyunlarında bürünc medal qazanıb


23.06.2019 18:38
214
Azərbaycan cüdoçusu II Avropa Oyunlarında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb. 


Ekspress.az xəbər verir ki, 73 kq çəkidə yer alan Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.


Bu, Azərbaycan idmançılarının "Minsk 2019"da 5-ci medalı olub (reportg). 73 kq çəkidə final görüşündə isə Rüstəm Orucov finalda isveçli Tomas Masiasla qarşılaşacaq.


Ekspress.az

Açar sözlər: