Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

11.10.2018 11:33
55
Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.


Ekspress.az "Trend"ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.


Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.


Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı cinayət işi başlanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND