Prezident 60 yaşlı icra başçısını ordenlə təltif etdi

29.01.2019 18:00
249
Prezident 60 yaşlı icra başçısını ordenlə təltif etdi

Prezident İlham Əliyev Lütvəli Babəli oğlu Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, L.Babayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb.


Qeyd edək ki, L.Babayev 2007-ci ildən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Yanvarın 30-da L.Babayevin 60 yaşı tamam olacaq.

Açar sözlər: