ABŞ Türkiyəyə bunun üçün İKİ HƏFTƏ VAXT VERDİ

22.05.2019 09:02
1585
ABŞ Türkiyəyə bunun üçün İKİ HƏFTƏ VAXT VERDİ

ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.


Ekspress.az xəbər verir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxarmalı olacaq.


Qeyd edək ki, Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə bərabər, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Bu, həm də NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.


Ekspress.az

Açar sözlər: