"Barselona"da ciddi itkilər

25.09.2019 10:40
115
"Barselona"da ciddi itkilər

“Barselona” İspaniya La Liqasının 6-cı turunda “Vilyarreal”la görüşə ciddi itki ilə çıxacaq.


Ekspress.az xəbər verir ki, baş məşqçi Ernesto Valverde İvan Rakitiçi heyətə daxil etməyib.


Rakitiçlə yanaşı, zədəli Xordi Alba və Samuel Umtiti də “Vilyarreal”la matçda iştirak etməyəcək.


Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – “Vilyarreal” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. (teleqraf)


Ekspress.az

Açar sözlər: