BMT müəlliflər arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib


27.05.2019 15:15
43
BMT müəlliflər arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) müəlliflərinin arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib.


Ekspress.az xəbər verir ki, BMT Cinayətkarlığın Qarşısının Alınması və Cinayətlərin Ədalət Məhkəməsi Komissiyasının (CCPCJ – Comission of Crime Prevention and Criminal Justice) 28-ci sesiyasında Belarusun təşəbbüsü ilə qəbul olunan qətnamə sözügedən sahədəki milli səylərə həm bütövlükdə toplumun, həm də BMT Narkotiklər və Cinayətkarlıq Ofisi (UNODC – United Nations Office on Drugs and Crime) başda olmaqla aidiyyəti beynəlxalq təşkilatların daha geniş cəlb olunmasını nəzərdə tutur.


Sənədin müəllifləri cəmi 23 ölkədir: ABŞ, Avstriya, Azərbaycan, Böyük Britaniya, El Salvador, Əfqanıstan, Filipinlər, Finlandiya, Fransa, İsveç, İtaliya, Kanada, Qazaxıstan, Qırğız Respublikası, Nigeriya, Norveç, Panama, Rusiya Federasiyası, Tacikistan, Tailand, Türkiyə, Uruqvay, Yaponiya (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND