Azərbaycanlı mahnını bəyənmədi - DJ-i belə öldürdü (ŞOK VİDEO)

14.10.2019 13:20
97
Azərbaycanlı mahnını bəyənmədi - DJ-i belə öldürdü (ŞOK VİDEO)

Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.


Ekspress.az xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.


Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.


13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib. 

 

İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub. 

Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur. (unikal)






Ekspress.az