Qobuda iki maşın toqquşub, biri nəfər dünyasını dəyişmək

15.04.2019 15:28
29
Qobuda iki maşın toqquşub, biri nəfər dünyasını dəyişmək

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 14-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.


Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.


Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND