ABŞ Bakı və İrəvana diqqəti artırır - Rusiya təşvişdə


29.05.2019 10:55
127
ABŞ Bakı və İrəvana diqqəti artırır - Rusiya təşvişdə

Vaşinqton Rusiyaya əsas təzyiqi Ukrayna və Suriya istiqamətində göstərməyi planlaşdırır.


Ekspress.az xəbər verir ki, bunu “Zvezda” televiziyasına açıqlamasında Rusiya Müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib. Onun sözlərinə görə, ABŞ Ukraynaya silah tədarükünü, eləcə də Suriyadakı müxalif qruplara aktiv dəstəyini davam etdirəcək.


O, ABŞ-ın Dnestryanıdan Rusiya hərbçilərini çıxarmağa cəhd edəcəyini, amma hələlik bu istiqamətin Vaşinqton üçün prioritet olmadığını bildirib (axar.az).


Müşavirin sözlərinə görə, ABŞ Qara dənizdən Baltikyanıya qədərki ərazidə destabilizasiya zonasını saxlamağı davam etdirəcək. O, burada Belarusun əsas rollardan birini oynayacağını söyləyib:


“Onlar üçün prioritet və debüt sxem Ukraynadır. Onlar aktiv şəkildə Qafqaza baxmağa başlayır. Üstəlik, onlar Belarusu da fokuslarında saxlayırlar. Vaşinqton Azərbaycan və Ermənistan arasındakı münasibətlərə daha böyük diqqət ayırmağa başlayır. Nəticədə onlar arasındakı ziddiyyətlər üzərində ABŞ oyun oynamağa başlaya bilər”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND