"Su pərisi” körpələr – Doğulanda cinsiyyəti belə məlum olmur


22.04.2019 14:21
193
"Su pərisi” körpələr – Doğulanda cinsiyyəti belə məlum olmur

Sirenomeliya və ya Su pərisi sindromu adlanan genetic anomaliya doğularkən körpənin aşağı ətraflaranın bitişik formada olmasına deyilir. 


Ekspress.az xəbər verir ki, ayaqları balıq quyruğuna bənzəyən bu körpələrdə elə ana bətnindəcə həzm sistemi normal inkişaf etmir, cinssiyyət üzvləri olmur, anus dəliyi formalaşmır. Əgər doğulan kimi xüsusi təcili müdaxilə olunmazsa körpə 1-2 gün ərzində ölür.


Qeyd edək ki, 100.000 yenidoğulmuşda bir dəfə rast gəlinən bu anomaliyaya daha çox Hindistan, Cənubi Amerikada rast gəlinib (medicina). Sonuncu dəfə Saxaranpur şəhərində doğulan su pərisi uşaq bir neçə saatdan sonra vəfat etmişdi.


Lakin tibbdə bu sindromda doğulub, xüsusi əməliyyatlarla ayaqları ayrılan və normal uşaqlar kimi gəzən uşaqlar da olub.


Ekspress.az

Açar sözlər: