İlham Əliyev: "Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir"

31.05.2019 14:56
45
İlham Əliyev: "Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir"

"Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır".


Ekspress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda Polşa Prezidenti Andjey Dudanla nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib.


"Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, həm iqtisadi sahədə, həm də digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək", - dövlət başçısı əlavə edib (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND