• 6 °C Bakı
  • 2 °C Quba
  • 9 °C Gəncə
  • 7 °C Yevlax
  • 5 °C Naxçıvan

"Paşinyan separatçıların dəstəyini qazanmaq üçün yeni “üsul” icad edib"

09.01.2019 23:05
115
"Paşinyan separatçıların dəstəyini qazanmaq üçün yeni “üsul” icad edib"

"Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı nəzarətdə saxlamaq üçün iki üsuldan istifadə edir: ya özü tez-tez Xankəndinə gəlir, yerindəcə həm nəbz yoxlaması həyata keçirir, həm də əsgər oğluna baş çəkir, ya da Saakyanı İrəvana çağırıb Ermənistan paytaxtında müxtəlif mövzuları müzakirə edir"


Ekspress.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, Paşinyan separatçıların dəstəyini qazanmaq üçün üçüncü “üsul” da icad edib.


"Paşinyan xarici ölkələrə təyin etdiyi səfirləri Xankəndinə göndərir ki, erməni diplomatlar separatçıların “istək və arzularıyla” yerindəcə tanış olsunlar. Məsələn Paşinyanın Avstriyaya təyin etdiyi Armen Papikyan dekabrın 17-də Xankədinə gələrək Bako Saakyanla görüşüb. Məqsəd aydındır. Paşinyan bununla demək istəyir ki, təyin etdiyi səfirlər xarici ölkələrdə “Dağlıq Qarabağ Respublikasının” maraqları üçün də çalışmalıdırlar. Təsadüfi deyil ki, tez-tez xəbərlər gəlir ki, hansısa ölkədə Qarabağ separatçıları sərgi keçirdilər və ya mallarını satmağa çalışırlar. Bütün bunları həmin ölkələrdə çalışan erməni səfirlər təşkil etməyə çalışırlar", - deyə Şahinoğlu bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND