Makedoniya NATO-ya üzv oldu


06.02.2019 15:21
46
Makedoniya NATO-ya üzv oldu

NATO-ya üzv olan 29 ölkənin nümayəndələri Makedoniyanın təşkilata üzv olmasına dair protokolu imzalayıb.


Ekspress.az xəbər verir ki, protokolun imzalanması ratifikasiya prosesini sürətləndirəcək. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Makedoniya təşkilatın iclaslarına dəvət olunacaq (azvision). Makedoniyanın XİN rəhbəri Nikola Dimitrov isə bildirib ki, yaxın zamanda ratifikasiya prosesi ilə bağlı 29 müttəfiq dövlətin paytaxtlarına səyahət edəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND