Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir


25.04.2019 14:18
102
Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir

Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.


Ekspress.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.


Nazir bildirib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar gedir. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir" (Trend).


Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND