“MİQ-29”un “qara qutu”su zədələnib - Ukraynadan mütəxəssislər dəvət edildi


20.08.2019 15:32
68
“MİQ-29”un “qara qutu”su zədələnib - Ukraynadan mütəxəssislər dəvət edildi

Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsinin "qara qutu”sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.


Ekspress.az xəbər verir ki, bunu "Yeni Sabah”a bu gün nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.


Onun sözlərinə görə "qara qutu”nun bəzi hissələri zədələnib.


"Zədələnmiş hissələr bərpa ediləndən sonra "qara qutu” tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar”,- deyə keçmiş müşavir bildirib. (Yeni Sabah)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND