"Anamla qaynanam mollaları gəzirdilər"- bakirə adıyla ikinci dəfə... 


28.09.2019 15:20
122
"Anamla qaynanam mollaları gəzirdilər"- bakirə adıyla ikinci dəfə... 

Sevdiyi insanla qaçıb ailə quran daha sonra bakirə kimi başqa kişiyə ərə verilən Müjgan Məmmədli tapılıb.


Ekspress.az xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində məlumat verilib.


Verilişə gələn Müjgan Məmmədli ata evinə dəfələrlə evdən getdiyini bildirib:


"Atama da dəfələrlə zəng etmişəm. Heç kim mənə sahib çıxmadı. Qızıllar mənim haqqım olduğu üçün evdən qaçanda özümlə götürmüşəm. 2 aydı küçələrdəyəm. Onları satıb 2 ay dolanmışam. Anamdan 1500 manat pul götürməmişəm. Mən bu 2 ayı demək olar ki, bütün rayonu gəzirdim. 1 günlük kirayə evləri tutub yaşamışam. Orxan, anası və atası hər gün içirdilər. Sərxoş olandan sonra məni evin yanındakı Çinar ağacının yanına aparıb məni döyürdülər. Mən də deyirdim ki, arağı niyə içirsən? Qaynanam da deyirdi ki, 3 nəfərə bir butulka pivə içmişik. 1 butulka pivə bizi sərxoş etməz. Evdən qaçmazdan 1 gün qabaq yenə də içib məni döydülər. Orxan içən zaman mən inək damında, qapının ağzında yatırdım. Mən evdən getməzdən əvvəl oğlanın əmisigilə getdim. Onlar da məni qəbul etmədi. Anamla qaynanam bütün günü mollaları gəzirdilər. Onlar döyürdü deyə, anam evinə gəlirdim. Qaynanam gəlib anamı aldadırdı ki, qurd yağı sürtüblər deyə bunlar hər gün mübahisə edirlər. Birinci qaçdığım oğlanı mənimlə qonşumuzun gəlini tanış etmişdi".


"Anamla qaynanam mollaları gəzirdilər"- bakirə adıyla ikinci dəfə ərə gedən MÜJGAN TAPILDI

(big)

Açar sözlər: