Azərbaycan nefti ucuzlaşdı

16.10.2019 09:00
203
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 14-də 62,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.


Ekspress.az  xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,56 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel azdır.


Ekspress.az