Ötən il Azərbaycanda 50-dən artıq beynəlxalq idman tədbiri keçirilib

10.05.2019 13:48
46
Ötən il Azərbaycanda 50-dən artıq beynəlxalq idman tədbiri keçirilib

"Ötən il Azərbaycanda 50-dən artıq beynəlxalq idman tədbiri və yarışları keçirilib".


Ekspress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.


Onun sözlərinə görə, bu yarışların Azərbaycanda keçirilməsi dövlət başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir: "Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bu günə qədər ölkəmizdə dünyanın ən ali idman tədbirləri təşkil olunub (report). Bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Beynəlxalq əhəmiyyətli yarışların Azərbaycanda keçirilməsi ölkəmizin dünyanın idman arenasında etimadı doğrultmasından irəli gəlir".


İ.İsmayılov vurğulayıb ki, dünya ölkələri bu gün hər hansı bir tədbirin, yarışın Azərbaycanda keçirilməsinə tərəddüd etmədən razılıq verirlər: "Bu, ulu öndərin siyasətinin nəticəsidir. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

  • SON XƏBƏR
  • TREND