Azərbaycanın 2 karateçisi finala yüksəlib

29.06.2019 19:02
48
Azərbaycanın 2 karateçisi finala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının kişi karateçilərin kumite yarışlarında yarımfinal mərhələsi start götürüb.


+84 kq çəkidə mübarizə aparan idmançılar tatamı üzərinə çıxıblar. Azərbaycan yığmasının üzvü Asiman Qurbanlı da finala vəsiqə üçün mübarizə aparıb (APA).


O, gürcüstanlı Qoqita Arkaniya ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada Anjelo Kveşiç (Xorvatiya) ilə görüşəcək. Final Bakı vaxtı ilə 19:41-də başlayacaq.


Qeyd edək ki, karate yığmamızın digər üzvlərindən Roman Heydərov katada bürünc medal qazanıb, İrina Zaretska (68 kq) kumitedə finala yüksəlib. O, qrupda heç-heçə etdiyi italiyalı Silviya Semeraro ilə görüşəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND