AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı

15.01.2019 17:07
7811
AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Ekspress.az "modern.az"a istinadla xəbər verir ki, AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.


Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi.


O, daha əvvəllər “Lider” TV-də çalışıb.


R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND