• 9 °C Bakı
  • 7 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

İspaniyalı azarkeş "Real Madrid" - "Ayaks" matçına görə böyük pul mükafatı qazanıb


06.03.2019 18:50
66
İspaniyalı azarkeş "Real Madrid" - "Ayaks" matçına görə böyük pul mükafatı qazanıb

İspaniyalı "Twitter" istifadəçisi Tamiroff_ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş "Real Madrid" (İspaniya) - "Ayaks" (Hollandiya) matçına görə böyük pul mükafatı qazanıb.


Ekspress.az xəbər verir ki, həmin şəxs oyun vaxtı sosial şəbəkədə "Real Madrid"in ilk 25 dəqiqə ərzində 0:2 hesabı ilə geridə olacağına 1000 avro məbləğində pul qoyduğunu yazıb yazıb.


"Ayaks" həmin görüşdə artıq 18-ci dəqiqədə 2:0 hesabı ilə öndə olub və ilk hissə bu hesabla yekunlaşıb (report). Azarkeş nə qədər qazanc əldə etdiyini bildirməsə də, onun böyük məbləğdə pul mükafatı qazandığı dəqiqdir.


Qeyd edək ki, qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanan "Ayaks" Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND