Bahar Muradova Yıldırıma təşəkkür etdi - FOTO

12.02.2019 23:35
34
Bahar Muradova Yıldırıma təşəkkür etdi - FOTO

"Turkiyə Böyük Millət Məclisinin sədri cox hörmətli cənab Binəli Yıldırım Azərbaycan Xalq Cümhuriyyəti və Parlamentinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublukası Milli Məclisi deputatlarının hər birinə təbrik məktubu ünvanlayıb".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.


"Bu cür yüksək diqqətinə və Azərbaycan Respublikasının dövlətcilik tarixinə hörmət və ehtiramına görə qardaş ölkə parlamentinin cox hörmətli sədrinə dərin təşəkkürlərimizi və minnətdarlığımızı bildirir, ölkələrimiz və xalqlarımızın ortaq hədəfləri naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq", - deyə vitse-spiker bildirib.


Qeyd edək ki, Binəli Yıldırım Milli Məclis üzvlərinə təbrik məktubu ilə bərabər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə basdlrılan xatirə sikkəsi də göndərib.

  • SON XƏBƏR
  • TREND