Ermənistanın yeni parlamentinin ilk iclası yanvarın 14-də olacaq

04.01.2019 19:48
130
Ermənistanın yeni parlamentinin ilk iclası yanvarın 14-də olacaq

Ermənistanın 7-ci çağırış parlamentinin ilk iclası yanvarın 14-də yerli vaxtla saat 10:00-da keçiriləcək.


“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan yanvarın 4-də qurumun növbədənkənar iclasında bildirib.


Ermənistan parlamentinə növbədənkənar seçkilər 2018-ci il dekabrın 9-da keçirilib. Nikol Paşinyanın başçılıq etdiyi "Mənim addımım" bloku 132 yerdən 88-ni əldə edib.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND