İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin Avropaya hücumunun 75 illiyi qeyd olunub

05.06.2019 22:40
50
İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin Avropaya hücumunun 75 illiyi qeyd olunub


Bu gün İngiltərənin Portsmut liman şəhərində İkinci Dünya müharibəsi zamanı müttəfiq qüvvələrin Avropaya hücumunun (Normandiya əməliyyatı) 75 illiyi ilə əlaqədar tədbir keçirilib.


Tədbirdə İngiltərə Kraliçası II Elizabet, Baş nazir Tereza Mey, ABŞ Prezidenti Donald Tramp, Kanadanın Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emanuel Makron, Almaniya Respublikasının Federal Kansleri Angela Merkel və İkinci Dünya müharibəsi veteranları iştirak ediblər (Azərtac).


Mərasimdə çıxış edən Kraliça II Elizabet 75 il öncə yüzminlərlə insanın müstəqilliklərini qorumaq üçün Portsmut limanını tərk etdiklərini bildirib.


Daha sonra Böyük Britaniyanın Baş naziri Tereza Mey, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emanuel Makron və Kanadanın Baş naziri Castin Trüdo çıxış ediblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND