No­vo­si­birs­kdə "Dost­luq Kör­pü­sü" fo­ru­mu

24.10.2018 19:04
458
No­vo­si­birs­kdə "Dost­luq Kör­pü­sü" fo­ru­mu

Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın (RF) No­vo­si­birsk şə­hə­rin­də "Dost­luq Kör­pü­sü: Ru­si­ya- türk­dil­li və slav­yan­dil­li öl­kə­lər və müa­sir­li­yin qlo­bal ça­ğı­rış­la­rı" möv­zu­sun­da re­gi­on­la­ra­ra­sı fo­rum ke­çi­ri­lib. Fo­rum Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi, "Sod­ru­jest­vo" türk­dil­li və slav­yan­dil­li xalq­lar ara­sın­da əmək­daş­lıq Fon­du, Ru­si­ya Ya­zı­çı­lar Bir­li­yi­nin No­vo­si­birsk re­gio­nal böl­mə­si­nin və Azər­bay­can cə­miy­yət­lə­ri­nin təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tub.


Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 95 və Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­lik yu­bi­le­yi­nə həsr edi­lən fo­rum­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin, Azər­bay­ca­nın Ru­si­ya­da­kı Sə­fir­li­yi­nin, Mil­li Məc­li­sin, Ru­si­ya Fe­de­ra­si­ya­sı Par­la­men­ti­nin Yu­xa­rı pa­la­ta­sı­nın, No­vo­si­birsk şə­hər Me­ri­ya­sı­nın nü­ma­yən­də­lə­ri, di­as­por təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri, elm və in­cə­sə­nət xa­dim­lə­ri iş­ti­rak edib.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, fo­rum çər­çi­və­sin­də De­mir­yol­lar Mə­də­niy­yət Sa­ra­yı­nın fo­ye­sin­də Azər­bay­ca­na və gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­və həsr olun­muş sər­gi təş­kil olu­nub. Bu­ra­da zi­ya­rət­çi­lə­rə ki­tab­lar, jur­nal­lar, fo­to ma­te­ri­al­lar təq­dim olu­nub və qu­raş­dı­rıl­mış mo­ni­tor­lar­da müa­sir Azər­bay­can, onun gör­mə­li yer­lə­ri, ar­xi­tek­tu­ra­sı, mə­də­niy­yə­ti, ənə­nə­lə­ri və adət-ənə­nə­lə­ri haq­qın­da vi­deo təq­di­mat ke­çi­ri­lib.


Təd­bi­ri gi­riş sö­zü ilə açan "Sod­ru­jest­vo" türk­dil­li və slav­yan­dil­li xalq­lar ara­sın­da əmək­daş­lıq Fon­du­nun pre­zi­den­ti, Ru­si­ya Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü Mir­ka­zım Se­yi­dov fo­ru­mun ma­hiy­yə­tin­dən da­nı­şa­raq Azər­bay­ca­nın tək­cə Ru­si­ya­da de­yil, bü­tün dün­ya­da türk­dil­li və slav­yan­dil­li xalq­la­rın əmək­daş­lı­ğın­da mü­hüm ro­lu­nu diq­qə­tə çat­dı­rıb.


Ru­si­ya və türk dün­ya­sı ara­sın­da ta­ri­xi əla­qə­lər­dən da­nı­şan M.Se­yi­dov bil­di­rib ki, Ru­si­ya­nın üçün­cü bö­yük şə­hə­ri No­vo­si­birs­kdə 140-dan çox mil­lə­tin nü­ma­yən­də­lə­ri ya­şa­yır. De­di­yi­nə gö­rə, Hey­dər Əli­ye­vin me­ma­rı ol­du­ğu müs­tə­qil və de­mok­ra­tik Azər­bay­can döv­lə­ti bü­tün öl­kə­lər­lə dost­luq, qar­daş­lıq və meh­ri­ban qon­şu­luq prin­sip­lə­ri əsa­sın­da si­ya­sət yü­rü­dür.


Ru­si­ya Fe­de­ra­si­ya­sı Par­la­men­ti­nin Yu­xa­rı pa­la­ta­sı­nın üz­vü Alek­sandr Aki­mov Fe­de­ra­si­ya Şu­ra­sı­nın spi­ke­ri Va­len­ti­na Mat­vi­en­ko­nun sa­lam­la­rı­nı fo­rum iş­ti­rak­çı­la­rı­na çat­dı­rıb.


Fo­rum­da çı­xış edən Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də­si Tu­ral Sə­fə­rov AXC-nin tai­ri­xi əhə­miy­yə­tin­dən, müa­sir Azər­bay­ca­nın dün­ya are­na­sın­da qa­zan­dı­ğı uğur­lar­dan və ümu­mil­li li­der Hey­dər Əli­ye­vin si­ya­sə­ti­nin bu gün də Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mə­sin­dən da­nı­şıb.


Azər­bay­ca­nın Ru­si­ya­da­kı sə­fir­li­yi­nin bi­rin­ci ka­ti­bi Rə­şad Hə­sə­nov 18 ok­tyabr - Azər­bay­ca­nın Müs­tə­qil­lik gü­nü mü­na­si­bə­ti­lə qo­naq­la­rı təb­rik edib.


Təd­bi­rin qo­naq­la­rı - Çin Kon­fut­si İns­ti­tu­tu­nun di­rek­to­ru Wang Chant­szyu­an, uy­ğur şa­ir və ic­ti­mai xa­dim Wil­li­am Sa­dı­qov, No­vo­si­birsk bə­lə­diy­yə baş­çı­nın mü­şa­vi­ri Ra­sim Ba­ba­yev və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın nü­ma­yən­də­lə­ri və di­gər­lə­ri Türk-slav­yan bir­li­yi­nin çox­mil­lət­li Ru­si­ya­da va­cib­li­yi­ni bil­dir­di­rək, Ru­si­ya­da­kı Azər­bay­can ic­ma­sı­nın bu bir­li­yə ver­di­yi töh­fə­lər­dən da­nı­şıb­lar.

Konf­rans iş­ti­rak­çı­la­rı 100 il əv­vəl Şərq­də qu­rul­muş ilk de­mok­ra­tik cüm­hu­riy­yət olan Azər­bay­ca­nın ikin­ci də­fə müs­tə­qil­li­yi­ni bər­pa et­mə­sin­dən da­nı­şa­raq, bu sa­hə­də ulu ön­dər Hey­dər Əli­ye­vin müs­təs­na xid­mət­lə­ri­ni qeyd edib­lər. Bil­di­ri­lib ki, bu gün Azər­bay­can­la Ru­si­ya ara­sın­da dost­luq, qon­şu­luq si­ya­sə­ti da­vam edir. Təd­bir iş­ti­rak­çı­la­rı bu əmək­daş­lı­ğın gün­dən-gü­nə güc­lən­mə­sin­də Azər­bay­can və Ru­si­ya pre­zi­dent­lə­ri İl­ham Əli­yev­lə Vla­di­mir Pu­ti­nin zəh­mət­lə­ri­ni qeyd edib­lər.

Mosk­va vi­la­yə­ti­nin Xim­ki şə­hə­ri De­pu­tat­lar Şu­ra­sı­nın de­pu­tat kö­mək­çi­si, Ru­si­ya­da­kı Azər­bay­can­lı­la­rın Bir­gə İn­for­ma­si­ya Por­ta­lı­nın baş re­dak­to­ru Ro­man Ağa­yev Ru­si­ya­nın azər­bay­can­lı ic­ma­sı­nın mil­li-mə­də­niy­yət təş­ki­lat­la­rı­nın uğur­lu qar­şı­lıq­lı əla­qə­sin­dən söz aça­raq, bu əla­qə­lə­rin güc­lən­mə­sin­də me­dia­nın ro­lu­na diq­qət çə­kib.


Fo­ru­mun iş gü­nü­nün so­nun­da Ru­si­ya və Azər­bay­can mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri­nin iş­ti­ra­kı ilə bö­yük kon­sert ke­çi­ri­lib.


Ye­ri gəl­miş­kən, bu ya­xın­lar­da Azər­bay­ca­nın baş kon­su­lu İl­qar İs­gən­də­rov No­vo­si­birsk vi­la­yə­ti qu­ber­na­to­ru və­zi­fə­si­ni mü­vəq­qə­ti ic­ra edən And­rey Trav­ni­kov­la gö­rü­şüb. Kon­sul­lu­ğun mət­bu­at xid­mə­tin­dən "AZƏR­TAC"a bil­di­ri­lib ki, tə­rəf­lər döv­lət­lə­ra­ra­sı əmək­daş­lı­ğın ak­tu­al as­pekt­lə­ri­ni və qar­şı­lıq­lı sə­mə­rə­li pers­pek­tiv­lə­ri­ni mü­za­ki­rə edib­lər.


And­rey Trav­ni­kov vur­ğu­la­yıb ki, No­vo­si­birsk vi­la­yə­ti fəa­liy­yə­tin müx­tə­lif sa­hə­lə­rin­də re­gi­on­la­ra­ra­sı və bey­nəl­xalq əla­qə­lər üçün açıq olan qo­naq­pər­vər re­gi­on­dur. "No­vo­si­birsk vi­la­yə­tin­də Azər­bay­ca­nın bö­yük di­as­po­ru ya­şa­yır və onun təm­sil­çi­lə­ri iq­ti­sa­diy­ya­tın müx­tə­lif sek­tor­la­rın­da iş­lə­yir­lər. Müx­tə­lif təd­bir­lər ke­çi­rən mil­li ic­ti­mai təş­ki­lat­lar fə­al iş apa­rır­lar. So­si­al-iq­ti­sa­di as­pekt­də də bir çox əla­qə­lə­ri­miz var. Biz id­xa­lı və ix­ra­cı in­ki­şaf et­di­rir, ava­dan­lıq tə­da­rük edir, ye­ni mü­əs­si­sə­lər açı­rıq. Əsas odur ki, əmək­daş­lı­ğın in­ki­şa­fı üz­rə ma­raq­la­rı­mız üst-üs­tə düş­sün", - de­yə And­rey Trav­ni­kov qeyd edib.


İl­qar İs­gən­də­rov bil­di­rib ki, 2018-ci ilin ap­rel ayın­da Ye­ka­te­rin­burq şə­hə­rin­də Azər­bay­ca­nın baş kon­su­lu tə­yin edi­lib. Kon­sul­luq dai­rə­si Vla­di­vos­to­ka­dək əra­zi­ni əha­tə edir. Vur­ğu­la­yıb ki, Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Azər­bay­ca­nın Ru­si­ya re­gi­on­la­rı ilə mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı­na bö­yük önəm ve­rir. Baş kon­sul, həm­çi­nin qeyd edib ki, No­vo­si­birsk vi­la­yə­ti­nin və Azər­bay­ca­nın əmək­daş­lıq üçün bö­yük po­ten­sia­lı var: "No­vo­si­birsk elm mər­kə­zi­dir, əmək­daş­lı­ğın bu sa­hə­də in­ki­şaf et­mə­si üçün şə­ra­it ya­rat­maq la­zım­dır. Bun­dan baş­qa, mə­də­ni-hu­ma­ni­tar sa­hə­də də qar­şı­lıq­lı əla­qə­lə­ri in­ki­şaf et­dir­mək va­cib­dir".


Baş kon­sul No­vo­si­birsk vi­la­yə­ti qu­ber­na­to­ru­nun və­zi­fə­si­ni mü­vəq­qə­ti ic­ra edən And­rey Trav­ni­kov­la gö­rüş­mək­lə ya­na­şı, "Tex­nop­rom-2018" VI Bey­nəl­xalq Tex­no­lo­ji İn­ki­şaf Fo­ru­mu­nun təd­bir­lə­rin­də iş­ti­rak edib, No­vo­si­birs­kdə ya­şa­yan Azər­bay­can di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri və gənc­lər­lə gö­rü­şüb.

 

Mu­rad MƏM­MƏD­Lİ

 Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi ilə çap olu­nur

  • SON XƏBƏR
  • TREND