“Yanardağ” Qoruğunda təmir və yenidənqurma işləri başa çatıb

24.05.2019 13:12
46
“Yanardağ” Qoruğunda təmir və yenidənqurma işləri başa çatıb

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan təmir və yenidənqurma işləri başa çatıb”. 


Ekspress.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.


Onun sözlərinə görə, yaxın günlərdə "Yanardağ" qoruğunun rəsmi açılış mərasimi keçiriləcək: 


“Qoruq ərazisində təmir işləri artıq tamamlanıb. Qoruğun açılışı may ayının sonuna qədər baş tutacaq. Dövlət Turizm Agentliyi olaraq ümid edirik ki, yeni konsepsiyada təqdim edilmiş "Yanardağ" qoruğu nəinki xarici turistlər, eyni zamanda yerli əhali üçün də daha maraqlı olacaq. Bundan öncə də qoruqda olmuş insanlar gəlib yenə "Yanardağ" qoruğunu ziyarət etmək arzusunda olacaqlar”.


Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.


Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.


Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND