İran ABŞ gəmilərini gizli silahlarla təhdid edib

26.05.2019 12:15
152
İran ABŞ gəmilərini gizli silahlarla təhdid edib

İran Amerika gəmilərini gizli silahlar vasitəsi ilə dənizin dibinə göndərmək iqtidarındadır.


Ekspress.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri Murtəza Korbani deyib.


"Amerika regiona iki gəmi göndərir. Əgər onlar hər hansı bir axmaqlığa yol verərlərsə, biz o gəmiləri heyət üzvləri və təyyarələrlə birgə ya iki raket, ya da gizli silahlarla dənizin dibinə göndərəcəyik", - deyə agentlik onun sözlərini sitat gətirib (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND