Azuşaqlı ailə milləti qocaldır

30.11.2018 11:17
79
Azuşaqlı ailə milləti qocaldır

Azərbaycanda təbii artım əmsalı xeyli azalıb

 

Son za­man­lar ai­lə­lər bir, uza­ğı iki uşaq­la ki­fa­yət­lə­nir. Eks­pert­lər bu­nu həm in­san­la­rın hə­yat ba­xış­la­rı­nın də­yiş­mə­si, həm də mad­di sı­xın­tı­lar­la üz­ləş­mə­si ilə bağ­la­yır­lar.


Qeyd edək ki, Azər­bay­can­da əha­li­nin tə­bii ar­tı­mı da­vam et­sə də, son 27 il ər­zin­də tə­bii ar­tım əm­sa­lı 2 də­fə­dən çox aza­lıb. Son 27 il­də Azər­bay­can­da əha­li­nin ən yük­sək tə­bii ar­tım əm­sa­lı 1990-cı il­də qey­də alı­nıb (Trend).


1990-cı il­də Azər­bay­can­da əha­li­nin tə­bii ar­tı­mı 140 170 nə­fər ol­du­ğu hal­da, 2017-ci il­də bu say 86 932-ə enib.


Son 27 il­də öl­kə­də əha­li­nin hər 1000 nə­fə­ri­nə dü­şən tə­bii ar­tım əm­sa­lı 1990-cu il­də­ki 19,8 gös­tə­ri­ci­sin­dən 8,9-a (2017-ci il) enib.


Ar­tım əm­sa­lı­nın for­ma­laş­ma­sın­da ki­şi­lə­rin pa­yı qa­dın­la­ra nis­bə­tən yük­sək­dir.

2017-ci il­də ki­şi­lər üz­rə tə­bii ar­tım əm­sa­lı 9,5 (1990-cı il­də 20,7), qa­dın­lar üz­rə 8,3 (1990-cı il­də 19) olub.


Azər­bay­can­da şə­hər yer­lə­ri ilə mü­qa­yi­sə­də kənd yer­lə­rin­də əha­li­nin tə­bii ar­tım gös­tə­ri­ci­si da­ha yük­sək­dir. 2017-ci il­də kənd yer­lə­ri üz­rə əha­li­nin tə­bii ar­tım gös­tə­ri­ci 10,6, şə­hər yer­lə­rin­də 7,4 olub.


27 il əv­vəl - 1990-cı il­də isə şə­hər yer­lə­rin­də bu gös­tə­ri­ci 16,9, kənd yer­lə­rin­də 23,3 olub.


Qeyd edək ki, BMT-nin or­ta sse­na­ri proq­no­zu­na əsa­sən, Azər­bay­can əha­li­si­nin ümu­mi ar­tı­mı növ­bə­ti il­lər­də da­vam edə­cək və 2030-cu il­də 10,7 mil­yon nə­fə­rə ça­ta­caq. Əha­li­nin yaş struk­tu­ru üz­rə proq­noz­lar əsa­sın­da mü­əy­yən olu­nub ki, növ­bə­ti il­lər­də öl­kə əha­li­si­nin tə­bii ar­tı­mı nis­bə­tən aza­la­caq və bu, 15 ya­şa­dək olan­la­rın xü­su­si çə­ki­si­nin 2025-ci il­dən son­ra aşa­ğı düş­mə­si ilə nə­ti­cə­lə­nə­cək.


Psi­xo­loq Ra­mi­nə Hə­sə­no­va "Eks­press"ə bil­di­rib ki, Azər­bay­can­da in­san­la­rın so­si­al ri­fa­hı­nın aşa­ğı ol­ma­sı on­la­rı çox uşaq dün­ya­ya gə­tir­mək­dən çə­kin­di­rir. Ye­ni qu­ru­lan ai­lə­lər mad­di çə­tin­lik­lər­lə üz­ləş­di­yi üçün bir uşaq­la ki­fa­yət­lə­nir. Ək­sər ai­lə­lər­də de­mək olar ki, iki uşaq olur. "Bir öv­la­dı olan ai­lə­lə­rin sa­yı get­dik­cə art­maq­da­dır. Ma­aş­la­rın az­lı­ğı bə­zən bir uşaq­la ki­fa­yət­lən­mə­yə məc­bur qo­yur".


Hə­sə­no­va qeyd edib ki, hal-ha­zır­da Azər­bay­can ai­lə­lə­ri­nin qu­rul­ma­sın­da psi­xo­lo­ji amil­lə­rin də göz­lə­nil­mə­si va­cib­dir: Gənc­lər çox vaxt psi­xo­lo­ji ola­raq va­li­deyn ol­ma­ğa, mə­su­liy­yət da­şı­ma­ğa ha­zır ol­mur­lar. İlk­lə­ri­nin be­lə, mə­su­liy­yə­ti­ni çək­mək­də məc­bu­riy­yət hiss et­di­yin­dən, iki və da­ha çox uşa­ğa bax­maq on­la­ra ağır gə­lir. "Tə­bii ki, hər kəs be­lə dü­şün­mür, am­ma ək­sər müa­sir gənc­lər çox uşaq is­tə­mir və bu­nun tə­rəf­da­rı de­yil­lər. Qa­dın­lar öz so­si­al hə­yat­la­rı­nı ya­şa­maq­da uşa­ğı ma­neə ki­mi gö­rə bi­lir. Öz­lə­ri­ni çox əziy­yə­tə sal­maq is­tə­mir­lər. Ki­şi­lər üçün də bir və ya iki öv­la­dı­nın ol­ma­sı on­la­ra ra­hat gə­lir. Elə ki­şi­lər də ai­lə­nin yü­kü­nün art­ma­sın­dan və ai­lə­ni sax­la­ya bil­mə­yə­cək­lə­rin­dən, ida­rə edə bil­mə­yə­cə­yin­dən eh­ti­yat edir­lər".


Psi­xo­loq Ay­dan Nə­zə­ro­va he­sab edir ki, əha­li­nin tə­bii ar­tı­mın azal­ma­sı­na tə­sir edən sə­bəb­lər­dən bi­ri ai­lə qu­ran­la­rın sa­yı­nın azal­ma­sı­dır. Bu gün da­ha gec yaş­lar­da ai­lə qu­rur­lar. Gec ai­lə qur­duq­la­rı üçün də öv­lad sa­hi­bi ola bil­mir­lər. Yaş art­dıq­ca in­sa­nın sağ­lam­lı­ğın­da mü­əy­yən prob­lem­lər or­ta­ya çıx­ma­ğa baş­la­yır və öv­lad dün­ya­ya gə­tir­mək get­dik­cə çə­tin­lə­şir.

"Mad­di im­kan­la­rı­nın aşa­ğı ol­ma­sı da tə­bii ar­tı­mın azal­ma­sı­na sə­bəb olur. Ye­ni qu­ru­lan ai­lə­lər dü­şü­nür­lər ki, mad­di sı­xın­tı­la­rı­mız var, iki­dən ar­tıq uşaq sax­la­ya bil­mə­yə­cə­yəm, on­la­ra is­tə­dik­lə­ri­ni ver­mək müm­kün ol­ma­ya­caq. İn­di­ki uşaq­lar həm də va­li­deyn­lə­ri­nə qar­şı da­ha tə­ləb­kar olur, aza qa­ne ol­maq is­tə­mir­lər".


Nə­zə­ro­va de­yib ki, 20-25 yaş­da qu­ru­lan ai­lə­lər­də uşaq plan­laş­dı­rıl­ma­sı ilə bağ­lı prob­lem­lər or­ta­ya çı­xır: "Bə­zən il­lər­lə öv­lad­la­rı­nın ol­ma­sı­nı göz­lə­yən ai­lə­lər olur. Uzun müa­li­cə­lər­dən son­ra da­ha gec yaş­lar­da öv­lad sa­hi­bi ola bi­lir­lər. Çox uşaq bö­yüt­mə­yə vaxt­la­rı və hə­vəs­lə­ri qal­mır. Sə­bəb­lər sı­ra­sın­da qey­sə­riy­yə əmə­liy­yat­la­rı­nın art­ma­sı­nı da qeyd et­mək is­tə­yər­dim. Bu əmə­liy­ya­tı edən­lər iki­dən çox uşaq dün­ya­ya gə­tir­mə­yi risk et­mir­lər".


Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, gənc­lə­rin kar­ye­ra qur­maq is­tək­lə­ri də on­la­rı gec yaş­da ai­lə qur­ma­ğa təh­rik edir: "Keç­mi­şə nə­zər sal­dıq­da nə­nə­lə­ri­mi­zin 9-10 uşaq sa­hi­bi ol­du­ğu­nu gö­rə­rik. Əv­vəl­lər qa­dın­lar güc­lə­ri­ni və diq­qət­lə­ri­ni təh­sil­dən da­ha çox ev iş­lə­ri­nə yö­nəl­dir­di­lər. Elə qa­dın­lar var­dı ki, 8-9-cu sin­fə qə­dər mək­tə­bə ge­dir, son­ra ev­də otu­rur­du­lar. Hə­yat­la­rı­nın əsas məq­sə­di ərə get­mək və uşaq dün­ya­ya gə­tir­mək idi. Za­man keç­dik­cə in­san­lar bu mə­sə­lə­lə­rə fərq­li bax­ma­ğa baş­la­dı­lar. Elə qız­la­rı­mız var ki, öz­lə­ri­nə ma­şın, ev alıb, hər bir şə­rai­ti­ni qur­duq­dan son­ra ai­lə qur­ma­ğı dü­şü­nür. Oğ­lan­lar da dü­şü­nür ki, ma­şı­nım, yax­şı işim, öz evim yox­dur, ai­lə­ni ne­cə sax­la­ya­ca­ğam? Get­dik­cə ai­lə qur­maq çə­tin­lə­şir".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND