Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib

12.06.2019 16:23
36
Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib. 


O, işdən öz istəyi ilə çıxıb. 


Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsinə gətirilmişdi. 


Ekspress.az bildirir ki, DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri "Report"a təsdiqləyib.


Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində işləyib. 


Ölkə prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND