Goranboy rayonunda “Novruz” şənliyi keçirilib - FOTO

20.03.2019 14:37
403
Goranboy rayonunda “Novruz” şənliyi keçirilib - FOTO

Martın 19-da Goranboy rayonunda xalqımızın ən qədim milli bayramlarından olan, min illərin sınağından uğurla keçib bu günümüzə gəlib çıxmış Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib.


Ekspress.az xəbər verir ki, tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayon əhalisini təbrik edərək, tarixi cox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu, qışın bitməsini və baharın gəlişini bildirdiyini qeyd edib.


Tədbirdə bayram xonçaları hazırlanıb, böyük Novruz tonqalının yandırılması ilə bayram şənliyinin əsas hissəsi başlayıb.


Novruz şənliyi axşam saatlarına kimi davam edib. Milli musiqinin sədaları altında idmançıların çıxışları, keçəl və kosanın oyunları bayram tədbirinə daha da rəng qatıb, milli geyimli oğlan və qızlardan ibarət rəqs qrupları ifa etdikləri xalq rəqsləri ilə diqqət çəkiblər.


Novruz şənliyində Lider televiziyasının təşəbbüsü ilə respublikanın tanınmış incəsənət ustaları geniş proqramla çıxış ediblər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND